“Biz Putinin bütün Ukraynanı işğal etmək istəyinin dəyişməsinə dair heç bir irəliləyiş görmədik”backend

“Biz Putinin bütün Ukraynanı işğal etmək istəyinin dəyişməsinə dair heç bir irəliləyiş görmədik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq aprelin 6-7-də Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl açıqlama verib.

Editor.az Türkiyənin İHA xəbər agentliyinə istinadən məlumat verir ki, Stoltenberq Ukraynaya təcili hərbi yardımın edilməsinin zəruri olduğunu bildirib.

“Müttəfiqlərdən Ukraynaya daha çox silah yardımı edəcəyini gözləyirəm. Ukraynanın təcili olaraq hərbi dəstəyə ehtiyacı var. Ukraynaya artıq tank əleyhinə və hava hücumundan müdafiə sistemləri, yüngül və ağır silah sistemləri göndərilib. Bu dəstəyin təsirini hər dəfə görürük. Müharibə indi bitməlidir. Prezident Putin qoşunlarını toplamalı və Ukraynaya hücumu dayandırmaq üçün siyasi həll yolu tapmalıdır. Realist olun və anlayın ki, bu müharibə aylar, hətta illərlə davam edə bilər. Ona görə də müharibənin uzun müddət davam edəbilmə ehtimalına hazır olmalıyıq.” -deyə Yens Stoltenberq bildirib.

//Editor.az