İran prezidenti Məsud Pezeşkian deyib ki, Amerika hakimiyyəti danışıqlar aparmaq qabiliyyətini sübut edərsə, ABŞ ilə danışıqlar bərpa oluna bilər.
Onun sözlərinə görə, amerikalıların danışıqlar aparması üçün əsas şərti İranın nüvə silahına malik olmamasıdır. Onun fikrincə, bu, ABŞ-a “ölkəni istədikləri zaman bombalamağa” imkan verəcək.
Pezeşkian qeyd edib ki, əvvəlcə sanksiyalar tətbiq etmək, sonra danışıqlar təklif etmək olmaz. “Bəziləri deyir ki, bizim danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlara getməyəcəyimizi deməmişik. “Biz quldurların qarşısında baş əyməyəcəyik” – İran prezidenti deyib.
//Samir Qurbanov, Editor.az