Biz Rusiyanın hərəkətlərini diqqətlə izləyirik – NATO-nun baş katibi Yens Stoltenberqbackend

Biz Rusiyanın hərəkətlərini diqqətlə izləyirik – NATO-nun baş katibi Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO hazırda Rusiyadan alyansın heç bir müttəfiqinə qarşı təhlükə görmür.

Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, NATO-nun Rusiya ilə sərhədləri yaxınlığında mövcudluğunu gücləndirməsini eskalasiyanın qarşısını almaq istəyi ilə izah edib. “Biz heç bir müttəfiqə qarşı birbaşa və biləvasitə təhdid görmürük. Biz Rusiyanın hərəkətlərini diqqətlə izləyirik, sayıqlığımızı, alyansın şərq cinahında mövcudluğumuzu artırırıq.

Lakin məqsəd dəqiq olaraq müttəfiqlərdən hər hansı birinə hər hansı hücumun qarşısını almaqdır”, – deyə Stoltenberq brifinqdə bildirib. NATO baş katibinin sözlərinə görə, Rusiya hərbi əməliyyatı başlayandan alyansın iki əsas məqsədindən biri Ukraynaya dəstək olub: “Əsas məqsəd NATO ilə Rusiya arasında eskalasiyanın və genişmiqyaslı müharibənin qarşısını almaqdır”.

//Samir Qurbanov, Editor.az