Biz üçüncü dünya müharibəsinə heç vaxt olmadığı qədər yaxınıq – Donald Trampbackend

Biz üçüncü dünya müharibəsinə heç vaxt olmadığı qədər yaxınıq – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Co Bayden ölkəni üçüncü dünya müharibəsinə sürükləyir. O, bunu Baydenlə seçki debatı zamanı deyib.

Tramp iddia edir ki, KXDR, Çin və Rusiya liderləri Amerikanın hazırkı prezidentinə hörmət etmir və ondan qorxmurlar. “O, bizi III Dünya Müharibəsinə sürükləyir. Biz buna hər kəsin təsəvvür edə biləcəyindən daha yaxınıq. Biz üçüncü dünya müharibəsinə çox, çox yaxınıq”, – Donald Tramp əmindir.

Debat zamanı Tramp Co Baydenin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, onun ucbatından Ukrayna ordusu Rusiya ilə münaqişədə uduzur. Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib ki, Kiyev Qərb ölkələrinin ordusundan dəstək alacağı təqdirdə Ukraynadakı vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilər.

//Samir Qurbanov, Editor.az