“Ukrayna bizdəndir və biz onların Avropa Birliyində olmasını istəyirik”.
Editor.az xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
Buna baxmayaraq, o, Ukraynanın xüsusilə sürətləndirilmiş proqram çərçivəsində Aİ-yə daxil olmaq şanslarını dəqiqləşdirməyib.
“Bizim Ukrayna ilə bir prosesimiz var, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası… Bizim enerji şəbəkəsində çox sıx əməkdaşlığımız var”, – o deyib.
Ursula fon der Lyayen əlavə edir: “Bizim çox yaxından işlədiyimiz bir çox mövzumuz var… Onlar (ukraynalılar) bizdən biridir və onların bizimlə olmasını istəyirik”.
Xatırladaq ki, Rusiyanın təcavüzü fonunda Aİ-nın bir sıra ölkələri Ukraynaya sürətləndirilmiş proqram çərçivəsində üzvlük perspektivinin verilməsini dəstəklədiklərini bəyan ediblər və bu, indiyədək həyata keçirilməyib.
//Gülnarə Abasova, Editor.az

