Bizə heç olmasa 5-7 “Patriot” verin – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebabackend

Bizə heç olmasa 5-7 “Patriot” verin – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, Qərb Ukraynaya çox az “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verib, baxmayaraq ki, onun xidmətində 100 belə sistem var.

Editor.az bildirir ki, bu barədə Kuleba “Reuters”ə müsahibəsində deyib: Ukraynalı nazirin sözlərinə görə, o, qarşıdakı iki gün ərzində Brüsseldə həmkarları ilə keçiriləcək hər görüşdə “Patriot” raketdən müdafiə sistemləri məsələsini qaldırmaq niyyətindədir. Rusiya son həftələrdə Ukrayna şəhərlərinə və enerji infrastrukturuna hücumları artırıb və bu, Kiyevin təcili müdafiəyə ehtiyacı olduğunu vurğulayır. “Tərəfdaşlar bizə müxtəlif (hava hücumundan müdafiə) sistemləri təqdim etdilər, buna görə minnətdarıq, lakin müharibənin miqyasını nəzərə alsaq, bu, sadəcə olaraq kifayət deyil” – Kuleba deyib.

Xarici işlər naziri bildirib ki, Ukraynanın ən azı 5-7 daha “Patriot” sisteminə ehtiyacı var. Tərəfdaşlar isə onların arsenalında 100-dən çox belə sistem olmasına baxmayaraq, onları bölüşmək istəmirlər. “Bu, belə böyük problemdir? Ukraynanın minimum tələbini təmin etmək həqiqətən mümkün deyilmi?”, – deyə Kuleba soruşub. O, əmindir ki, bu, “yalnız siyasi iradə məsələsidir”.

//Samir Qurbanov, Editor.az