Bizə NATO-ya üzvlük deyil, silah lazımdır – Ukraynanın Türkiyədəki səfiri Vasil Bondarbackend

Bizə NATO-ya üzvlük deyil, silah lazımdır – Ukraynanın Türkiyədəki səfiri Vasil Bondar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukrayna hökuməti NATO-ya üzv olmaq niyyətində deyil.

Bu məsələ yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra müzakirə edilməlidir. İndi Kiyevin alyansa üzvlük yox, silah təchizatı lazımdır.

Editor.az bildirir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bondar məlumat verib: “Bizim mesajımız çox aydındır. Müharibədən sonra üzvlüyümüzün qiymətləndirilməsini istəyirik. Biz bu məsələdə israrlı deyilik. Ukraynanın indi sadəcə olaraq silaha ehtiyacı var”, – deyə səfir “Yeni Şafak” qəzetinə müsahibəsində bildirib.

O əlavə edib ki, Kiyev alyansa qoşulma şərtlərinin elan olunmasını gözləyir. Bondarın sözlərinə görə, bu, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində baş verə bilər.

//Samir Qurbanov, Editor.az