Bizim Rusiya ilə münasibətlərimizə qarışmayın – Çin Xarici İşlər Nazirliyinin sözçüsübackend

Bizim Rusiya ilə münasibətlərimizə qarışmayın – Çin Xarici İşlər Nazirliyinin sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Federasiyası ilə Çin arasında normal dövlətlərarası münasibətlərə müdaxilə etməməlidir.

Editor.az bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib. O, Pekinin Moskvaya hərbi yardım göstərməsindən şübhələnən Vaşinqtonun narazılığını belə şərh edib: “ABŞ-ın Rusiya-Çin münasibətləri və ya Çinə dəstək barədə nə düşündüyünə gəldikdə, qeyd etmək lazımdır ki, aidiyyəti ölkə Çin və Rusiya arasında normal dövlətlərarası münasibətləri “iyrənməməli” və ya bu münasibətlərə hücum etməməlidir”, – diplomat brifinqdə deyib.

Qeyd edək ki, ötən həftə sonu ABŞ-ın maliyyə naziri Jeannette Yellen Quançjouda Çin Baş nazirinin müavini He Lifeng ilə görüşüb. Xanım Yellen deyib ki, əgər Çin biznesinin Ukrayna ilə münaqişəsində Rusiyaya dəstək verdiyi ortaya çıxarsa, Çin “ciddi nəticələrlə” üzləşəcək.

//Samir Qurbanov, Editor.az