Bizim şərtlərimiz indi daha ağır olacaq: “Bu da ermənilər üçün yeni itkilər deməkdir”backend

Bizim şərtlərimiz indi daha ağır olacaq: “Bu da ermənilər üçün yeni itkilər deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Birinci Qarabağ müharibəsindən bu  vaxta qədər  Azərbaycana qarşı davamlı təxribatlarla məşğul olub və 44 günlük müharibədən sonra düşünülürdü ki, separatçılar layiqli cavab aldıqdan sonra bu adətlərindən əl çəkəcəklər. Amma iki il bundan əvvəl baş vermiş və Ermənistan silahlı qüvvələrinin az qala tamamının məhvi ilə nəticələnmiş müharibədən də nəticə çıxarmadılar”.

Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.

Politoloq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davamlı xəbərdarlıqlarına və Silahlı Qüvvələrimizin onların təxribatlarına layiqli cavab verməsinə baxmayaraq ermənilər öz köhnə adətlərindən əl çəkmədilər:

” Çünki 30 il müddətində buna öyrəşiblər və hər dəfə təxribat törədərək onu Azərbaycanın üzərinə yıxmaqda  ustalaşmışdılar. Digər tərəfdən beynəlxalq təşkilatlar və himayəçi dövlətlərin ikili standartı hayları daha da cürətləndirirdi. Əgər onlar aldıqları dərsdən nəticə çıxarsaydılar heç də erməni olmaz və normal millət statusu daşıyardılar.
Onlar iki ölkə arasında münasibətlərin normallaşması və Azərbaycanın nailiyyətlərinin daha da artdığı bütün dövrlərdə öz təxribat və xain çıxışları ilə mane olmaq istəyir və xaricdəki yardımçıları vasitəsi ilə buna bəzən nail də olurdular.  Bu dəfə də onların məqsədləri aydın idi. Onlar həm beynəlxalq təşkilatlar və həm də münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən dövlətlər tərəfindən küncə sıxılmış və Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsi bağlamağa məcbur edilmişdilər. Bu sülh müqaviləsi eyni zamanda ermənilərin 100 illərlə bəslədiyi  xəyallarının  puça  çıxması demək idi. Məhz buna görə də onlar sülh müqaviləsinin, sərhədlərin delimitasiya və demarkasiyasının, Zəngəzur dəhlizinin  qarşısını almaq üçün bu təxribata əl atdılar. Düşünürdülər ki, əvvəllər olduğu kimi təxribatları yenə də cavabsız qalacaq , yaxud bunu Azərbaycanın üzərinə ataraq işlərinə davam edəcəklər. Amma bu dəfə belə olmadı və bundan sonra da onların düşündüyü kimi olmayacaq. Müzəffər Azərbaycan əsgəri erməni təxribatından vaxtında xəbər tutaraq onlara cavab zərbələri endirdi. İndi onlar xaricdəki himayədarlarının reaksiyasını gözləyir və mesajlar göndərirlər. Rusiya, ABŞ, Avropa İttifaqı, KTMT, BMT-dən istədikləri cavabı almadıqdan sonra yenə də danışıqlar masasına dönəcəklər. Amma bu dəfə təxribata qədər olan Azərbaycandan daha fərqli bir Azərbaycanla qarşılaşacaqlar və bizim şərtlərimiz onlar üçün daha ağır olacaq”.

Ə. İbrahimovun sözlərinə görə beynəlxalq təşkilatlar da öz köhnə ənənələrindən əl çəkməyib:

“Onlar yenə də erməni narrativlərinə qulaq asır və ermənipərəst mövqelərini biruzə verirlər. Amma qeyd etdiyim kimi zaman 30 il bundan əvvəlki zaman və Azərbaycan torpaqları işğal altında olan Azərbaycan deyil. Onun yanında öz yeni silahlara və hər keçən gün daha da inkişaf edən texnologiyalara malik Türkiyə Respublikası dayanıb. Türkiyə Rusiyadan fərqli olaraq Azərbaycandan qardaşlıq missiyasını yerinə yetirən bir dövlətdir və o bir daha öz qanı bir, canı bir qardaşlarını yem olmağa qoymayacaq. Ermənilərin son təxribatları və Azərbaycan Ordusunun onların təxribatlarına layiqli cavab verməsi şübhəsiz aparılan sülh danışıqlarına təsirsiz ötüşməyəcək . Ən azından ona görə ki, danışıq və müzakirələrin nəzərdə tutulan qrafikində dəyişikliklər baş verəcək, buna qədər əldə olunmuş razılaşmaların yenidən nəzərdən keçirilməsinə zərurət yaranacaq. Eyni zamanda, ermənilər əgər təxribatla Azərbaycanda güzəştlər əldə etməyə can atırdılarsa, onların bu arzuları gözlərində qalacaq. Azərbaycanın danışıqlar masası arxasında mövqeyini daha da gücləndirəcəyi istisnasızdır. Bu da ermənilərin yeni itkiləri deməkdir”.

//Gülnarə Abasova, Editor.az