Blinken: ABŞ Ukraynaya silah tədarükünü sürətləndirmək üçün əlindən gələni edirbackend

Blinken: ABŞ Ukraynaya silah tədarükünü sürətləndirmək üçün əlindən gələni edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton rəsmilərinin Ukraynaya silah və hərbi texnikanın tədarükünü sürətləndirmək üçün aktiv şəkildə çalışdığını bildirib.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb. O, ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə silahların Kiyevə ötürülməsi prosesinin vacibliyini vurğulayıb. “Biz hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün hər cür səy göstəririk ki, yardım Ukrayna təhlükəsizlik qüvvələrinə mümkün qədər tez çatsın”, – diplomat bildirib.

Blinken vurğulayıb ki, Ukraynaya təkcə silah tədarük etmək deyil, həm də Ukrayna ordusuna bu silahlardan istifadə etmək üçün təlim keçmək lazımdır. O əlavə edib ki, bu silahların saxlanmasının təmin edilməsi də vacibdir. Pentaqonun əvvəlki müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor Ukraynaya silah tədarükünün dayandırılmasına dair fikirlərini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə silah ötürməkdən imtina etməsi Rusiyaya onun danışıqlara başlamağa hazır olduğuna dair siqnal ola bilər.

//Gülnarə Abasova, Editor.az