ABŞ dövlət katibi Antoni Blinken Cənub-Şərqi Asiya liderlərinə bildirib ki, Vaşinqton Çinin Cənubi Çin dənizində “getdikcə təhlükəli və qeyri-qanuni” fəaliyyətindən narahatdır.
Editor.az bu barədə Associated Press agentliyinə istinadla xəbər verir. “Biz Çinin Cənubi Çin dənizində insanlara xəsarət yetirən, ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) gəmilərinə zərər vuran və mübahisələrin sülh yolu ilə həlli ilə bağlı öhdəliklərini pozan getdikcə daha təhlükəli və qeyri-qanuni fəaliyyətindən ciddi şəkildə narahatıq”,- deyə Blinken bildirib.
Bundan əlavə, o, Tayvan boğazında sabitlik üçün ümumi əzmin qorunub saxlanılmalı olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

