ABŞ dövlət katibi Antoni Blinken İsrail-Fələstin məsələsinə diqqət yetirdiyi mətbuat konfransında HƏMAS-ın təslim olduğu təqdirdə, müharibənin bitəcəyini bildirib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsrail-Fələstin məsələsinə diqqət yetirdiyi mətbuat konfransında HƏMAS-ın təslim olduğu təqdirdə, müharibənin bitəcəyini bildirib.
Blinken mətbuat konfransında İsrail-Fələstin münaqişəsindən danışıb: “Bir çox ölkələrin bu münaqişəyə son qoymağa çağırışlarını eşitsək də, demək olar ki, heç kimin HƏMAS-dan mülki əhalinin arxasında gizlənməyi dayandırmasını, silahlarını yerə qoymasını və təslim olmasını tələb etdiyini eşitmirəm. HƏMAS bunu etsə, sabah bu iş bitəcək. HƏMAS bunu etsəydi, bu, bir aydan çox əvvəl, altı həftə əvvəl olardı. Necə olur ki, hücum edəndən və qurbandan tələblər irəli sürülmür? Beləliklə, bu vəziyyətə son qoymaq üçün HƏMAS-a təzyiq edən güclü beynəlxalq səsin olması yaxşı olardı” , -deyə Blinken bildirib.
//Səbinə Hüseynli, Editor.az

