Blinken Fransanın yeni xarici işlər naziri Kolonna ilə Ukraynanı müzakirə edibbackend

Blinken Fransanın yeni xarici işlər naziri Kolonna ilə Ukraynanı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Katerina Kolonna ilə ilk telefon danışığında Ukrayna böhranı ilə yanaşı, bir sıra məsələləri də müzakirə edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, Blinken və Kolonna Qərbin Ukraynaya dəstəyinin vacibliyi ilə bağlı razılığa gələrək NATO-nun genişlənməsi imkanlarından da danışıblar. Finlandiya və İsveçin NATO-ya üzvlük məqsədlərinə necə dəstək veriləcəyi əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, Fransanın yeni xarici işlər naziri təyin edilən Kolonna bundan əvvəl Fransanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb.

//Gülnarə, Abasova