Blinken G7 ölkələrinin nümayəndələri ilə görüşübbackend

Blinken G7 ölkələrinin nümayəndələri ilə görüşüb    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Blinken G7 ölkələrinin nümayəndələri ilə görüşübABŞ dövlət katibi Entoni Blinken G7 ölkələri və Avropa İttifaqının (Aİ) nümayəndələri ilə görüşüb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada qeyd edilib.

Bəyanatda bildirilib ki, Blinkenin Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Aİ nümayəndələri ilə görüşündə tərəflər “Rusiyanın amansız müharibəsinə qarşı Ukraynaya dəstək vermənin vacibliyini” vurğulayıblar.

Blinken açıqlamasında Çinə səfəri barədə də məlumat verib. G7 Çinlə bağlı yaxın koordinasiyanın vacibliyinə toxunaraq, yekdil olduqlarını təsdiqləyib.

//Safura Bənnayeva, Editor.az