Blinken Lavrovla görüşü ləğv etdi: Mənası yoxdur!backend

Blinken Lavrovla görüşü ləğv etdi: Mənası yoxdur!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşü ləğv edib.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə görüşdə bildirib.

O qeyd edib ki, artıq Ukraynaya başlayan işğal kontekstində bunun mənası yoxdur:

“İndi bu görüşdən irəli getməyin mənası yoxdur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim, hamısı razılaşdı”.

Blinken ötən gün Lavrova məktub göndərərək qərarla bağlı məlumat verdiyini deyib.