Blinken: Qaydalarımızı və standartlarımızı inkişaf etdirmək üçün bizə güc mövqeyi lazımdırbackend

Blinken: Qaydalarımızı və standartlarımızı inkişaf etdirmək üçün bizə güc mövqeyi lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken ölkənin informasiya sahəsində qayda və standartlarını inkişaf etdirmək üçün güc mövqeyinə ehtiyac duyduqlarını bildirib.

Editor.az xəbər verir ki, San-Fransiskoda informasiya təhlükəsizliyi konfransında çıxış edən Antoni Blinken bu barədə danışıb.

“Təbii ki, bütün dünyada standartlar müəyyən etmək və qaydalarımızı inkişaf etdirmək üçün güc mövqeyindən işləmək daha yaxşıdır”,- deyə o bildirib. Blinkenin fikrincə, ABŞ-ın texnologiyaları yaratmaq, inkişaf etdirmək və tətbiq etmək bacarığı texnologiyanın gələcəyini formalaşdırır.

Bundan əvvəl ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakeem Jeffries bəyan etmişdi ki, Ukrayna ordusu məğlub olarsa, onlar münaqişəyə qoşun göndərməklə müdaxilə etməli olacaqlar.

//Gülnarə Abasova, Editor.az