Blinken regionda vəziyyətin pisləşməsi ilə əlaqədar Yaxın Şərq səfərini ləğv edibbackend

Blinken regionda vəziyyətin pisləşməsi ilə əlaqədar Yaxın Şərq səfərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken regiondakı qeyri-sabit vəziyyətlə əlaqədar Yaxın Şərqə səfərini təxirə salmaq qərarına gəlib.

Editor.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Amerika portalının siyasi müxbiri Axios Barak Ravid məlumat verib.

“Katib Blinken Yaxın Şərqə səfərinin vaxtını dəyişib və vəziyyətin qeyri-müəyyənliyi səbəbindən bu gecə (13 avqust) planlaşdırıldığı kimi regiona səfər etməyəcək”, – deyə jurnalist mənbələrə istinadən bildirib. Blinken həmçinin İran və İsraili Yaxın Şərqdə münaqişəni daha da pisləşdirməməyə çağırıb. O, ABŞ-ın bu mövqeyini hər iki ölkəyə çatdırdığını vurğulayıb. O, həmçinin əlavə edib ki, Vaşinqton İsraili terrorçu qruplar və onların sponsorlarının hücumlarından qorumağa davam edəcək. Lakin region ölkələri də başa düşməlidir ki, növbəti hücumlar ciddi nəticələrə səbəb ola bilər.

//Gülnarə Abasova, Editor.az