Blinken: “Türkiyə-Yunanıstan yaxınlaşması yeni imkanlar yarada bilər”backend

Blinken: “Türkiyə-Yunanıstan yaxınlaşması yeni imkanlar yarada bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda yayımlanan MEGA TV-yə müsahibə verən ABŞ dövlət katibi Entoni Blinken Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Yunanıstanın Türkiyəyə dəstək təlaşının türklərin ürəyinə toxunduğunu ifadə edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Blinken ABŞ-ın iki müttəfiq ölkə olan Türkiyə və Yunanıstanın yaxınlaşmasına tərəfdar olduğunu da qeyd edib.

“Orada oldum və bir çox türk həmkarımla danışdım. Onların dedikləri ilk şeylərdən biri yunan vətəndaşlarından kömək almağın nə qədər mənalı olduğu idi. Düşünürəm ki, bu, gözəl atmosfer yaradır”.

Dövlət katibi Yunanıstan və Türkiyə münasibətlərindəki sakitliyin davam edəcəyinə ümid etdiyini və bunun ABŞ üçün vacib olduğunu da ifadə edib: “Bəlkə də yaxın aylarda dialoqu gücləndirmək və uzun müddətdir davam edən problemləri həll etmək imkanı yaranacaq. Yunanıstan da, Türkiyə də bizim yaxın müttəfiqimiz, tərəfdaşımız və dostumuzdur. Təbii ki, onların daha da yaxınlaşmasını istərdik. Bunu etsələr, hər iki ölkə üçün imkanlar inanılmaz olacaq”.

Türkiyə ilə Qərb arasında fikir ayrılıqları və fikir ayrılıqlarının olduğuna diqqət çəkən Blinken mövcud əməkdaşlıq və qarşılıqlı yardımın gələcəkdə problemlərin həllində rol oynaya biləcəyinə ümid etdiyini qeyd edib.

//Safura Bənnayeva, Editor.az