Adanada İncirlik 10-cu Tanker Baza Komandanlığını ziyarət edən ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Blinken dağıdıcı zəlzələlərdən sonra türk xalqının yanında olduqlarına diqqət çəkib.
“Mənim dağıntıların bir hissəsini görmək üçün zəlzələnin baş verdiyi şəhərlərdən birinin üzərindən uçmaq şansım oldu və bunu sözlə ifadə etmək həqiqətən çətindir. Dağılmış və dağılmamış binaları görürsən, çökmüş damların yanında hələ də bir şey var. Bu zəlzələ səbəbindən on minlərlə ölüm var və milyonlarla insanın həyatı təsirlənib. Təbii ki, biz hələ də tam miqyasını bilmirik”.
Blinken eyni zamanda, ABŞ-ın türk xalqının yanında olduğunu və işlər tamamlanana qədər buna sadiq qalacaqlarını ifadə edib.
“Hazırda ən vacib şey ehtiyacı olan insanlara yardım çatdırmaq, qışı uğurla keçirib, yenidən ayaq üstə dayana bilmələrini təmin etməkdir. Türk xalqının ən çox bilməsini istədiyim odur ki, ABŞ bunun öhdəsindən gəlmək üçün nə qədər vaxt lazım olursa olsun, onların yanında olacaq “, -Blinken bildirib.
//Safura Bənnayeva, Editor.az