İsrail və radikal HƏMAS qruplaşması arasında hazırkı danışıqlar girovları azad etmək və Yaxın Şərqdə atəşkəsə nail olmaq üçün “bəlkə də sonuncu” fürsətdir.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken yəhudi dövlətinə səfəri zamanı deyib. “Oktyabrın 7-dən bəri bu, mənim İsrailə və Yaxın Şərqə doqquzuncu səfərimdir və bu girovları evlərinə qaytarmaq və atəşkəs əldə etmək üçün həlledici an, yəqin ki, ən yaxşı fürsət, bəlkə də son fürsətdir”, – Blinken bildirib.
Onun fikrincə, danışıqlarda iştirak edənlərin özlərini dayandırmaq üçün səbəb axtarmaqdan əl çəkmələrinin vaxtı çatıb.
//Gülnarə Abasova, Editor.az