Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirildi – YENİLƏNDİbackend

Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirildi – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

18:57

Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilir.