Bloger Nicat Şakirli dəhşətli qəzadan niyə qaça bilməyib? – İLGİNC SƏBƏBLƏRbackend

Bloger Nicat Şakirli dəhşətli qəzadan niyə qaça bilməyib? – İLGİNC SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası törədib. Nəticədə, bir nəfər həyatını, bir nəfər sağ əlini, bloger isə sağ qolunu itirib. Üstəlik, “Porsche” markalı avtomobil yararsız hala düşüb.

Baş vermiş hadisənin təhlili göstərir ki, qəzaya səbəb yüksək sürət və yol-hərəkəti qaydasını kobud şəkildə pozmaq olub.

Bu qəza bir daha onu göstərir ki, sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını bilmir. Çünki, bütün hallarda sağdan ötmə əməliyyatı həyati risq yaradır. Üstəlik, yüksək sürətlə hərəkət edən avtomobili belə vəziyyətdə idarə etmək sadəcə mümkünsüzdür.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sosioloq Üzeyir Şəfiyev bildirib ki, baş verən yol nəqliyyat hadisələrinin təhlili onu göstərir ki, əksər qəzalar sürücü məsuliyyətsizliyi ilə bağlıdır:

“Sözü gedən keysdə də sürücü lüzumsuz manevrlə sanki ötmə  hərəkətinə cəhd etmiş kimi görünür. Qəzalar nəticəsində baş verən fəsadlar və insan itkisi( bu təqribən həftəyə 15 itki və daha çox yaralı deməkdir) müvafiq qurumları  və sürücüləri daha məsuliyyətli olmağa səsləyir.

Hesab edirəm ki, sürücülük vəsiqəsinin verilməsiylə bağlı məsuliyyəti artıran şərtlər daha təkmil və sərt olmalıdır. Sürücülərə qeyriadekvat davranışın yaratdığı fəsadlarla bağlı sosial çarxlar, efir və birbaşa sms vasitəsilə mesajlar konkret keys nümunələri ilə göndərilməlidir. Örnək sürücü obrazı yaradılmalı və təşviq edilməlidir”.

Sosioloq onu da əlavə edib ki, qaydaları pozan sürücülərlə bağlı sərt nizam-intizam tədbirləri görülməli və bu ictimayətə KİV-lər vasitəsilə çatdırılmalı, yol hərəkəti qaydalarını pozan sürücülərin hərəkət görüntüləri onların islahı məqsədilə sərt ictimai qınaq üçün geniş yayılmalıdır:

“Yol polisləri belə sürücülərə qarşı KİV-lərlə birlikdə mütəmmadi reydlər keçirməlidir. Əlbəttə, əgər bir ildə 1500-ə yaxın insan yol qəzasının qurbanına çevrilirsə, bu artıq ciddi SOS siqnalıdır. Hesab edirəm ki, belə qəzaların qarşısını preventiv qaydada almaq üçün yol hərəkəti hadisələrinin elektron informasiya idarə etmə sistemini təkmilləşdirmək olar.

Belə ki, hadisə baş verməzdən qabaq potensial qəza şəraiti müvafiq ünvanlara çatsın və onlar preventiv tədbirlər görə bilsin. Əsas məqamlardan biri də sürücü savadlılığı və sosial məsuliyyətin artırılmasıdır. Ancaq bu cür tədbirlər baş verə biləcək hadisələrin əhəmiyyətli dərəcədə statistikasını azaıda bilər”.