“Blogerlər Qarabağda yaşayan erməni əsilli əhalini Vardanyana qarşı çıxmağa səsləyir”-AÇIQLAMA  backend

“Blogerlər Qarabağda yaşayan erməni əsilli əhalini Vardanyana qarşı çıxmağa səsləyir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan münasibətləri bu gün Ruben Vardanyanın Qarabağ ərazisində olması səbəbilə gərgin vəziyyətdədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, Ermənistan bunu artıq öz üzərindən Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilər kimi qiymətləndirir:

“Yəni, buradakı fəaliyyət rus kontingenti ilə aydınlaşdırılmalıdır. Ruben Vardanyanın Qarabağda olması düzgün deyil. Bu, bizim qırmızı xəttimizdir. Ermənistan cəmiyyətində də Vardanyanla bağlı ciddi fikir ayrılıqları var. İrəvanda o kəskin şəkildə tənqid olunur, hətta “erməni blogerlər” Qarabağda yaşayan erməni əsilli əhaliyə çağırış edərək Vardanyana qarşı çıxmağa səsləyir. Bu da Ermənistanın maraqlarından xəbər verir”.

Hərbi ekspert bildirir ki, onu həm də gələcəkdə hakimiyyət uğrunda mübarizədə özlərinə təhlükə görürlər:

“Amma R.Vardanyanın uzun müddət ərazilərimizdə qalması inandırıcı deyil. Sonuncu Qarabağla Ermənistan arasındakı canlı yayımda Azərbaycanla danışıqlara hazır olduqlarını bildirməsi Vardanyanın ümidsizliyə düşdüyünün göstəricisidir. Çox ciddi psixoloji sarsıntı yaşayır. Çünki əhali,müxalif qüvvələr də Qarabağda vəziyyətin gərginləşməsinin səbəbini onda görürlər”.

E.Şıxəliyevin fikrincə, Rusiyadan göstəriş gələnə qədər Vardanyan dirəniş göstərəcək:

“Əhalini və qeyri-qanuni birləşmələri ölkəmizə qarşı təxribata səsləməkdə maraqlıdır. Xüsusilə də atəşkəsi pozaraq sülhməramlıların arxasında gizlənirlər ki, Azərbaycan cavab verəndə rus sülhmaramlıları atəş altında qalsın və nəticədə də Rusiya-Azərbaycan əlaqələri pozulsun. Buna həmişə nail olmağa cəhd ediblər.
2022-ci ilin “Fərrux”, “Qisas” əməliyyatı kimi lokal antiterror əməliyyatlarının keçirilməsini labüd edə bilər. Bunu da Ermənistan rəhbərliyi çox gözəl bilir. Onların ritorikası sülh imzalamaq yönündə olacaq. Amma Ruben Vardanyan danışıqlara getmək istəmədiyi üçün mütləq oradan çıxarılacaq. İnteqrasiya məsələsi bundan sonra başlaya bilər”.

//Safura Bənnayeva, Editor.az