Aİ mart ayına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi verməyi öhdəsinə götürüb.
Editor.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avropa İttifaqı mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi vermək öhdəliyini gecikdirir.
Nəzərdə tutulan vaxtın yarıdan çoxu artıq keçib, lakin plan cəmi 30% yerinə yetirilib . Qeyd olunan həcmdə yardımın edilməyəcəyi riski yaranıb.
Onu da qeyd edək ki, Aİ-yə üzv olan bir neçə dövlət blokun xarici siyasət departamentindən bu müddətin uzadılmasını xahiş edib. Eyni zamanda, verilən məlumata görə, İsraillə HƏMAS arasında münaqişə Ukraynaya silah tədarükü üçün də əlavə risklər yaradır.
“İsraillə HƏMAS arasında müharibə başlayandan sonra ABŞ bu münaqişə və Ukrayna üçün nəzərdə tutulan resursların bir hissəsini təmin edib. Ukrayna üçün nəzərdə tutulan on minlərlə 155 mm-lik artilleriya mərmisi ehtiyac yarandığı halda İsrailə göndərilə bilər”,- deyə məlumatda qeyd edilib.
//Safura Bənnayeva, Editor.az

