Bloomberg: Avropa yüksək qiymət artımına görə Ukraynanı unutmağa başlayıbbackend

Bloomberg: Avropa yüksək qiymət artımına görə Ukraynanı unutmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək qiymət artımı səbəbindən Qərbin Kiyevi dəstəkləmək əzmi zəifləməyə başlayıb.

Editor.az xəbər verir ki, Bloomberg-də dərc olunan məqalədə bildirilir ki, Ukraynada davam edən münaqişə səbəbindən qiymət artımı sadə avropalıları ukraynalılara dəstəkdən çox narahat etməyə başlayıb. Məqalədə deyilir ki, “Hazırda avropalılar üçün ərzaq və elektrik enerjisinin bahalaşması daha önəmlidir… Ukrayna böhranı ilə bağlı narahatlıqlar arxa plana keçir”.

Soyuq havaların başlaması ilə Qərbin Kiyevə dəstək əzmi və birliyinin zəifləyəcəyi vurğulanan məqalədə vəziyyət yaxşılaşmayacağı bildirilir. Məsələn, İngiltərə artıq elektrik enerjisinin sistemli kəsilməsinə hazırlaşır. Məqalədə həmçinin qeyd olunub ki, Qərb siyasətçiləri öz vətəndaşlarını qarşıdakı çağırışlara hazırlamalı və onlardan səbirli olmalarını xahiş etməlidirlər.

//Gülnarə Abasova, Editor.az