“Bloomberg” Azərbaycandan yazıbbackend

“Bloomberg” Azərbaycandan yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard m³ qazın tədarükü üçün müqavilə imzalamağa yaxındırlar.

Editor.az xəbər verir ki, bu barədə oktyabrın 31-də məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb. Azərbaycan qazının tədarükü Avropanın hələ də aldığı Rusiya qazını əvəz edəcək. Belə ki, ilin sonunda Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddəti başa çatır.

Azərbaycandan tədarüklər hazırda Rusiya qazını Ukrayna vasitəsilə Avropa İttifaqına nəql edən eyni boru kəməri şəbəkəsindən istifadə edəcək. Onlar faktiki olaraq Avropanın hazırda Rusiya Federasiyasının tranzit müqaviləsi əsasında aldığı tədarükləri əvəz edəcəklər. Mənbələr bildiriblər ki, müqavilədə Azərbaycan və Rusiya arasında “svop sazişi” nəzərdə tutulmalıdır, çünki Azərbaycanın özünün mövcud tədarükləri əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur.
Müqaviləyə əsasən, Azərbaycanın dövlət enerji şirkəti SOCAR Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığındakı Sudjaya qaz tədarük edəcək. Macarıstanın MVM Zrt və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” AS şirkətləri daha sonra onu Avropaya tədarük edəcəklər.

“Bloomberg” qeyd edir ki, istənilən kommersiya sazişi ölkənin qaz şəbəkəsi operatorunun potensialını bron etmək üçün Ukrayna hakimiyyətindən siyasi dəstək tələb edəcək.
Nəşr bildirir ki, saziş Ukraynanın son illərdə ölkəyə ildə təxminən 800 milyon dollar qazandıran boru kəməri şəbəkəsindən istifadəyə görə tranzit haqqı almağa davam edəcəyi anlamına gələcək.

//Samir Qurbanov, Editor.az