Bloomberg: Çin Rusiya ilə birgə kosmik proqram üzərində işləməkdə maraqlı deyilbackend

Bloomberg: Çin Rusiya ilə birgə kosmik proqram üzərində işləməkdə maraqlı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Rusiya ilə kosmik proqramları üzrə əməkdaşlıq etməkdə maraqlı deyil və bu sahədə təkbaşına inkişaf etmək istəyir .

Editor.az bu barədə “Bloomberg”ə istinadən yazır.

Nəşr xatırladır ki, Rusiya və Çinin 2021-ci ildə imzaladığı Ay proqramı – Ayın tədqiqi və Ay bazasının yaradılması üzrə əməkdaşlıq haqqında saziş Çinin texnoloji qüdrətini Rusiyanın kosmosda böyük təcrübəsi ilə birləşdirən güclü ittifaq kimi görünür. Pekin ölkənin kosmosdakı böyük nailiyyətlərini və möhtəşəm ambisiyalarından danışarkən kosmosun tədqiqində ən yaxın tərəfdaşı olan və bu sahədə ABŞ-la rəqabət aparan Rusiyanın adını çətin ki, xatırlasın. Belə ki, 2022-ci ilin sentyabrında Parisdə keçirilən Beynəlxalq Kosmos Konqresi zamanı Çin kosmik administrasiyasının nümayəndələri ilk dəfə deyil ki, Rusiyanın Ay proqramında iştirakı barədə danışırdılar. Bundan əlavə, Çin mediası bu mövzuda nəşrlərində Rusiyanın demək olar ki, adını çəkmir.

Bloomberg yazır ki, Roskosmosun rəhbəri Yuri Borisovun bu həftə Çinə mümkün səfəri çətin ki, bu kursu dəyişsin, çünki bu, Pekinin təkbaşına bir çox məqsədlərinə, o cümlədən orbitdə kosmik stansiyanın tikintisinə nail ola biləcəyini göstərir. Aydındır ki, Çin digər tərəfdaşlar axtarır. Xüsusən də Rusiyanın kosmik proqramı Avropa Kosmik Agentliyi tərəfindən təcrid olunub və o, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı səbəbindən bir sıra Ay proqramları üzrə Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina edib.

Qeyd edək ki, bundan əvvəl “Roskosmos” korporasiyası iyulun 13-də müasir Rusiya tarixində Aya ilk missiyanın başlandığını elan etmişdi.

//Gülnarə Abasova, Editor.az