Bloomberg: Ən zəngin rusların sərvəti 2023-cü ilin əvvəlindən 10,4 milyard dollardan çox artıbbackend

Bloomberg: Ən zəngin rusların sərvəti 2023-cü ilin əvvəlindən 10,4 milyard dollardan çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən varlı rusların sərvəti ilin əvvəlindən 10,4 milyard dollardan çox artıb.

Editor.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Bloomberg Billionaires Index-in məlumatına görə, ən çox “Lukoyl”un təsisçisi və əsas sahibi Vahid Ələkbərovun sərvəti artıb. İlin əvvəlindən 2,43 milyard dollar qazanan və reytinqdə 91-ci yeri tutan sərvətini 17,8 milyard dollara çatdırıb. Ən zəngin rusiyalılardan digəri isə “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov sərvətini 20,2 milyard dollara çatdıraraq ilin əvvəlindən 1,54 milyard dollar qazanıb və 78-ci yerdə qərarlaşıb. NLMK İdarə Heyətinin sədri Vladimir Lisin də sərvətini 20,8 milyard dollara çatdıraraq reytinqdə 76-cı yerdə qərarlaşıb və ilin əvvəlindən 905 milyon dollar qazanıb.

Daha əvvəl “Vedomosti” Rusiyanın onlayn təhsil bazarında biznes gəlirlərinin artım tempinin 2022-ci ildə 70%-dən 17,9%-ə düşdüyünü yazmışdı. Əgər 2021-ci ildə ən yaxşı 100 edtech şirkətinin gəliri illik müqayisədə 70% artıbsa, 2022-ci ildə bu rəqəm 17,95%-ə düşüb.

//Gülnarə Abasova, Editor.az