BMM deputatı İstanbul patriarxını Türkiyə əleyhinə fəaliyyətdə ittiham etdibackend

BMM deputatı İstanbul patriarxını Türkiyə əleyhinə fəaliyyətdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalifət partiyası ATA-nın sədr müavini Emin Fahir Gür İstanbul Patriarxı Varfolomeyi Türkiyə əleyhinə fəaliyyətdə ittiham edib.

O, Ukrayna ilə bağlı iyulun 15-dən 16-dək İsveçrənin Bürgenstok şəhərində baş tutan sammitdə iştirakına görə din xadimini Türkiyə vətəndaşlığından məhrum etməyə çağırıb. Türkiyə qanunlarına görə, Varfolomeyə siyasi fəaliyyətlə məşğul olmaq və prefekturadan icazə almadan ölkəni tərk etmək qadağandır.

Siyasətçi patriarx postuna əsas namizədlərdən biri hesab edilən İstanbul Pravoslav Kilsəsinin Amerika arxiyepiskopu Elpidoforosu da tənqid edib. Elpidoforos Şimali Kiprin Türkiyə tərəfindən “qanunsuz işğal”ını deyib: “Əvvəlcə bu insanlara ruhaniliyin üzvləri olduqlarını xatırlatmaq lazımdır. Onları Türkiyə əleyhinə davranışlara qarşı xəbərdar etməliyik. Əgər bu xəbərdarlıqlara baxmayaraq, eyni ruhda fəaliyyətlərini davam etdirsələr, o zaman hər ikisi Türkiyə vətəndaşlığından məhrum edilməli, Varfolomey isə Fənərdəki vəzifəsindən uzaqlaşdırılmalıdır”, – deyə Emin Faxir Gür bildirib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti İstanbul kilsəsinin ekumenik statusunu tanımır. Varfolomey özünü sadəcə olaraq İstanbulun tarixi Fənər rayonunda yunan pravoslav icmasının başçısı adlandırır. Bürgenstokda keçirilən sammitdən sonra İsveçrə Xarici İşlər Nazirliyi “İstanbul Yunan Patriarxlığının” müşahidəçi qismində iştirakını açıqlayıb.

Patriarx Bartolomey də sammitin ardınca birgə kommünike imzalayıb. İyun ayında İsveçrədə Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə dair Beynəlxalq Sammit keçirilib. Konfransda Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nun bəzi məqamları müzakirə olunub.

//Samir Qurbanov, Editor.az