BMT: “ABŞ-ın  HƏMAS-ı qınamaq tələbi cavabsız qalıb “backend

BMT: “ABŞ-ın HƏMAS-ı qınamaq tələbi cavabsız qalıb “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası HƏMAS Hərəkatının 7 oktyabr şənbə günü başlatdığı hücumlarla bağlı dünən iclas keçirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, qapalı keçirilən görüşdən sonra nümayəndələr jurnalistlərə açıqlama veriblər.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, HƏMAS-ın hücumları iclasda bir çox üzv tərəfindən pislənib, lakin Şura üzvlərinin hamısı bu qınağı dəstəkləməyib.
Vud, HƏMAS-ın İsrail xalqına qarşı terror hücumlarını ən qısa zamanda dayandırması lazım olduğunu vurğulayıb.

//Safura Bənnayeva, Editor.az