BMT açıqladı: Ukraynada 6700-dən çox mülki şəxs həlak olubbackend

BMT açıqladı: Ukraynada 6700-dən çox mülki şəxs həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan dekabrın 4-nə kimi Ukraynada mülki şəxslər arasında
17 181 zərər çəkib. Onlardan 6 702 nəfər ölüb, 10 479 nəfər yaralanıb.

Editor.az xəbər verir ki, bu statistikanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. Sənədə əsasən müharibədən ən çox Donetsk və Luqansk vilayətlərinin sakinləri zərər çəkib.

Qeyd olunur ki, ölüm və yaralanmalara səbəb əsasən geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə, o cümlədən ağır artilleriyadan atılan atəşlər, çoxsaylı buraxılış raket sistemləri, raketlər və hava zərbələridir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı qeyd edir ki, şiddətli döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat gecikdiyi üçün faktiki itki rəqəmləri daha yüksəkdir.

Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinetsin sözlərinə görə isə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 15 min nəfər itkin düşüb.

//Samir Qurbanov, Editor.az