“BMT Azərbaycana xüsusən də türk dövlətlərinə münasibətdə ikili standartlardan çıxış edir”-AÇIQLAMAbackend

“BMT Azərbaycana, xüsusən də türk dövlətlərinə münasibətdə ikili standartlardan çıxış edir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT- nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin separatçı, terrorçu Ruben Vardanyanla bağlı belə bir açıqlama verməsinin əsas səbəbi burada təmsil olunanların antiAzərbaycan, antitürk ruhlu şəxslər olmasından qaynaqlanır”.

Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin Azərbaycan-Ermənistan sərhədində həbs edilən Qarabağ torpağımızdakı ləğv edilmiş separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın “hüquqlarına hörmət etməyə” çağırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BMT-nin bir çox strukturlarının Azərbaycana, xüsusən də türk dövlətlərinə münasibətdə ikili standartlardan çıxış etməsi, riyakarlıq nümayiş etdirməsi tez-tez müşahidə edilib:

“Azərbaycan, Türkiyə haqsızlıqla üzləşəndə BMT-nin İnsan hüquqlarının müvafiq ofisi belə bəyanatlar verməyib. Vaxtilə Azərbaycan torpaqları işğal olunanda insanlarımız amansızlıqla qətl edildikdə yalnız quru bəyanat verməklə kifayətləniblər. İndiki halda isə açıq-aşkar terrorizmi dəstəkləyən, özünü terrorçu qrupların “lideri” adlandıranları müdafiə edirlər. Bu kimi qərəzli yanaşmanın əsas səbəbi məhz Azərbaycan və Türkiyənin güclənməsi, həmişə haqlı mövqedə dayanması olmuşdu”.

F.Ələkbərlinin fikrincə, əgər BMT-nin İnsan Haqlarının müvafiq ofisi həqiqətən də insan haqları, ədalətdən bəhs edirdisə ,30 il müddətində ədalətsizliyə, haqsızlığa məruz qalmış Azərbaycana münasibətdə bu yanaşmanı göstərməli idilər.

//Safura Bənnayeva, Editor.az