BMT Baş Assambleyasına (GA) daxil olan ölkələr “Gələcəyin Paktı”nı qəbul ediblərbackend

BMT Baş Assambleyasına (GA) daxil olan ölkələr “Gələcəyin Paktı”nı qəbul ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasına (GA) daxil olan ölkələr aclıq, bərabərsizlik və münaqişələrə qarşı mübarizəyə çağıran “Gələcəyin Paktı”nı qəbul ediblər.

Bu, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsini açan Gələcək Sammitinin əsas sənədidir. Rusiya sənədin qəbuluna qarşı çıxıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin sammitdə Paktı “konsensus olmayan mətn” adlandırıb. Diplomat üç ölkə – Rusiya, Belarus və Nikaraqua adından Pakta düzəliş təklif edib, lakin BMT Baş Assambleyası ona baxılmasını rədd edib. Düzəlişin müəllifləri ilə yanaşı, 143 ölkə buna qarşı çıxıb; 15 dövlət bitərəf qalıb. “Rusiya bu sənəd və Qlobal Rəqəmsal Saziş üzrə konsensusdan, xüsusən də tərksilahla bağlı müddəalardan, qeyri-hökumət təşkilatlarının BMT və İnsan Hüquqları üzrə Ali Komissarlığın işində iştirakı məsələsindən uzaqlaşır”, – deyə Verşinin bildirib.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək Gələcək Sammiti keçirilir. “Gələcəyin Paktı” dövlətlərdən aclıq və yoxsulluq, beynəlxalq münaqişələr və iqlim dəyişikliyi kimi problemləri həll etmək üçün “əllərində olan bütün vasitələrdən” istifadə etməyi vəd etməyi tələb edən 30 səhifəlik sənəddir. O, həmçinin Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə ilə müşayiət olunur. Birincisi rəqəmsal texnologiyalar və onların tətbiqinə aiddir, ikincisi ölkələri öz nəsillərini müxtəlif fəlakətlərdən xilas etmək üçün öhdəlik götürməyə çağırır.

//Samir Qurbanov, Editor.az