Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Zelenski arasında telefon danışığı olub.
Editor.az xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski Tvitter hesabında məlumat verib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Biz aktual təhlükəsizlik məsələlərini müzakirə etdik”, – o yazıb.
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Ofisindən bildirilib ki, telefon danışığı Türkiyə dövlət başçısının Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışından əvvəl baş tutub.
Bundan əvvəl Ərdoğan ötən həftə Özbəkistanda Vladimir Putinlə keçirdiyi görüşdə Rusiya rəhbərinin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olduğuna əmin olduğunu bildirmişdi.
“Və o, əslində mənə bunu ən qısa zamanda başa çatdırmağa hazır olduğu kimi görünür. Bu, mənim təəssüratımdır, çünki indi işlərin gedişatı olduqca problemlidir”, – Ərdoğan deyib.
Sentyabrın 20-də Rusiya analitikləri “eskalasiyanın təhlükəli yolu” adlandırdırdıqları yola keçid elan ediblər. Belə ki, Kreml tərəfdarları sentyabrın 23-27 aralığında işğal olunmuş “LXR”, “DXR”, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirmək niyyətindədirlər.
//Samir, Editor.az

