BMT Baş Assambleyasında əsas müzakirə mövzuları: müharibələr, süni intellekt və iqlim böhranıbackend

BMT Baş Assambleyasında əsas müzakirə mövzuları: müharibələr, süni intellekt və iqlim böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York. Dünya liderləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda toplaşıblar.

Budəfəki yüksək səviyyəli görüşlər Yaxın Şərq və Ukraynadakı müharibələr, Sudan, Konqo və Myanmardakı böhranlar, süni intellektin yaratdığı risklər və qlobal iqtisadi vəziyyət fonunda keçirilir.

Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra dövlət başçılarının çıxışları gözlənilir. Çin, Rusiya və Hindistan liderlərinin isə tədbirdə şəxsən iştirak etməyəcəyi bildirilir.
BMT eyni zamanda təşkilatın maliyyə vəziyyəti və Təhlükəsizlik Şurasında islahatlar məsələsi ilə bağlı təzyiqlərlə üzləşir.

//Samir Qurbanov, Editor.az