BMT Baş Assambleyasında Rusiya və ABŞ arasında görüş planlaşdırılmırbackend

BMT Baş Assambleyasında Rusiya və ABŞ arasında görüş planlaşdırılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun proqramına BMT Baş Assambleyasında Rusiya ilə ABŞ arasında hər hansı görüş daxil edilməyib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyev canlı telekanalında bildirib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiya Federasiyasının nümayəndələri, o cümlədən Lavrovla görüşməyin mümkünlüyü ilə bağlı suala cavab verməmişdi.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski ölkə nümayəndələrinin Ukrayna ilə bağlı görüşündə Rusiya xarici işlər nazirinin çıxışını gözləmədən BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk edib. Eyni zamanda, Ukrayna liderinin çıxışı zamanı zalda Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzanın başçılıq etdiyi Rusiya nümayəndə heyəti də olub.

//Gülnarə Abasova, Editor.az