BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edibbackend

BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, Çaba Körösi bu barədə tviterdəki hesabında yazıb.

“Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm.

Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, – BMT Baş Assambleyasının sədri qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb. Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan təntənəli mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Baş Assambleyanın sədri Çaba Körösi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Nyu-York şəhərinin beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn, Nyu-Yorkdakı diaspor təşkilatlarımızın rəhbərləri, ölkəmizin BMT-dəki və Vaşinqtondakı diplomatları iştirak ediblər.