BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədirbackend

BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş katibi Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.

Editor.az Trend-ə istinadən bildirir ki,  bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.

Dövlət başçısı vurğuladı ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.