BMT baş katibi Pasxa bayramı münasibətilə Rusiya və Ukraynanı barışığa çağırdıbackend

BMT baş katibi Pasxa bayramı münasibətilə Rusiya və Ukraynanı barışığa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Rusiya və Ukraynanı aprelin 21-dən etibarən Pasxa barışığı elan etməyə çağırıb Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir.

BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynanı pravoslav Pasxa bayramı münasibətilə aprelin 21-dən etibarən dörd günlük atəşkəsə çağırıb. Onun fikrincə, Mariupol, Xerson, Donetsk və Luqanskda humanitar dəhlizlərin açılması üçün atəşkəs mütləq lazımdır. Quterreşin sözlərinə görə, hərbi əməliyyatların dayandırılması humanitar yardımın ən əlçatmaz ərazilərə – Mariupol, Xerson, Donetsk və Luqanska çatdırılmasını təmin etməyə kömək edəcək. “BMT bu müddət ərzində göstərilən yerlərə karvanlar göndərməyə hazırdır”.

Qeyd edək ki, dünən, aprelin 18-də Ukrayna tərəfi BMT-nin hərəkətləri əlaqələndirmək üçün Rusiya ilə humanitar təmas qrupunun yaradılması təklifi ilə razılaşıb. Təkliflərin işində humanitar atəşkəs məsələləri də yer alacaq