BMT Baş Katibi Antonio Quterreşin ofisi Rusiya və Ukraynanın BMT-dəki Daimi Nümayəndəliklərinə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə məktublar göndərib.
Editor.az xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Dujarrik bildirib. BMT-nin baş katibinin müraciətlərində prezidentlərdən onu Moskva və Kiyevdə qəbul etməyi xahiş olunur: “Dünən günortadan sonra Rusiya Federasiyası və Ukraynanın daimi nümayəndəliklərinə ayrı-ayrı məktublar verilib.
Baş katib bu məktublarda prezident Vladimir Putindən onu Moskvada, prezident Vladimir Zelenskidən isə Kiyevdə qəbul etməyi xahiş edir”, – Düjarrik bildirib. Baş katibin nümayəndəsinin sözlərinə görə, cənab Quterreş Ukraynada sülhün bərqərar olması istiqamətində təcili addımları və BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan çoxtərəfliliyin gələcəyinini müzakirə etmək istər. Onun sözlərinə görə, “Ukrayna və Rusiya Birləşmiş Millətlər Təşkilatının yaradıcı ölkələrindəndir və həmişə BMT-ni dəstəkləyiblər”. Hələlik məktublara cavab daxil olmayıb.

