BMT baş katibi Qarabağa səfər edəcəkmi? – Açıqlamabackend

BMT baş katibi Qarabağa səfər edəcəkmi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabra qədər BMT Baş katibi Antonio Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb.

Editor.az  xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Report-a açıqlamasında deyib.

Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib:

“Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək”.

Qeyd edək ki, Quterreş COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini təsdiqləyib.