BMT baş katibin keçmiş müavinindən 63,6 milyon dollar ödəməsini tələb edirbackend

BMT baş katibin keçmiş müavinindən 63,6 milyon dollar ödəməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) təşkilata məxsus külli miqdarda pulu itirən BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) keçmiş rəis müavinindən 63,6 milyon dollar təzminat tələb edib.

Editor.az bu barədə “New York Times” qəzetinə istinadən xəbər verir.

Xəbərə görə, eyni zamanda, BMT-nin baş katibinin müavini olan ukraynalı Vitali Vanşelboim illik maaşı qədər cərimələnib və ondan 63 milyon 626 min 806 dollar da şəxsən ödənilməsi istənilib, əks halda o, hüququndan məhrum ediləcək.

Xəbərdə Vanshelboimin bir məclisdə tanış olduğu İngilis iş adamı David Kendrick-ə bağlı bir şirkətə təxminən 60 milyon dollar sərmayə qoyduğu, lakin sərmayənin uğursuz olduğu və yatırılan məbləğin yalnız 10 faizinin geri qaytarıldığı bildirilib və keçmiş BMT vəzifəli şəxs yanvar ayında işdən çıxarılıb.

//Gülnarə Abasova, Editor.az