BMT baş katibinin tərksilah üzrə müavini: Dünyada nüvə müharibəsi riski ən yüksək həddə çatıbbackend

BMT baş katibinin tərksilah üzrə müavini: Dünyada nüvə müharibəsi riski ən yüksək həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT baş katibinin tərksilah üzrə müavini İzumi Nakamitsu martın 31-də Təhlükəsizlik Şurasının iclası zamanı Rusiya Federasiyası, ABŞ və Birləşmiş Millətlər Təşkilatını yeni nüvə silahı müqaviləsinə qayıtmağı müzakirə etməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə GORDON-un müxbiri xəbər verib: “İndi nüvə silahından istifadə riski soyuq müharibədən bəri ən yüksək həddə çatıb. Ukraynadakı müharibə belə riskin ən acı nümunəsidir.

Dialoqun olmaması, tərksilah və silahlara nəzarət arxitekturasının aşınması təhlükəli ritorika ilə birləşib ki, bu da potensial riskin ən təsirli nümunəsi və faktorudur”, – Nakamitsu deyib. O, bütün dövlətlərin eskalasiyaya səbəb olan hər cür hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb. Nakamitsu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv olan bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə və nüvə münaqişəsi riskini azaltmaq üçün səy göstərməyə çağırıb.

  //Samir Qurbanov,Editor.az