BMT-də zəlzələlərin Türkiyə və Suriyaya təsiri müzakirə edilibbackend

BMT-də zəlzələlərin Türkiyə və Suriyaya təsiri müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatında (BMT) Kahramanmaraşda baş verən zəlzələlər, onların Türkiyə və Suriyaya təsirləri, BMT qurumlarının fəaliyyətləri müzakirə edilib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, müzakirə BMT-nin Cenevrə ofisində mətbuat katibi Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransında keçirilib.

Dünya Ərzaq Proqramının (WFP) sözçüsü Kenn Krossli, zəlzələdən ciddi şəkildə zərər çəkən Hələb, Həma və Latakiya üçbucağına toxunaraq, “Zəlzələdən təkcə bir qrup deyil, bütün insanlar zərər çəkdi” dedi. Suriyanın şimal-qərbi də daxil olmaqla, yaraları sağaltmaq üçün tərəfdaşları ilə geniş əməkdaşlıq etdiklərini qeyd edən Krossli, WFP-nin zəlzələdən bir neçə saat sonra könüllü sığınacaqlarda isti yeməklər təqdim etmək üçün tərəfdaşları ilə işləməyə başladığını qeyd etdi.

O, bildirib ki, Suriyanın şimal-qərbində təxminən 180 min insana ərzaq yardımı edilib. Beynəlxalq humanitar yardımların daxil olması üçün Suriyanın şimal-qərbində sərhədin açılmasını alqışladıqlarını qeyd edən Krossli bunun humanitar yardımların davamı üçün çox vacib olduğunu qeyd edib.

Sözçü Suriyada zəlzələdən əvvəl ərzaq yardımına ehtiyacı olan 5,5 milyon insanın olduğunu, zəlzələdən sonra isə bu rəqəmin daha da artdığını bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) sözçüsü Paul Dillon isə bildirib ki, BMqT-ə aid humanitar yardım yüklü 11 yük maşını bu gün Suriyanın şimal-qərbinə getmək üçün BMqT-nin Qaziantepdəki anbarından yeni açılan Babüsselam Sərhəd Qapısına doğru yola düşüb. Dillon əlavə 4 yük maşınının Babülhava Sərhəd Qapısı üzərindən Suriyanın şimal-qərbinə getmək üçün yola düşdüyünü qeyd edərək, “Ötən həftə bazar ertəsi gecəsindən bəri IOM İdlibə 30 TIR yardımı çatdırıb” deyib.

//Gülnarə Abasova, Editor.az