BMT-dən Rusiya ilə bağlı bəyanat: “Onların etdikləri müharibə cinayəti sayıla bilər”backend

BMT-dən Rusiya ilə bağlı bəyanat: “Onların etdikləri müharibə cinayəti sayıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-dən Rusiyanın Ukraynada törətdiyi cinayətlərə münasibət gəlib.

Editor.az  İHA-ya istinadən xəbər verir ki,  BMT İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Ukraynadakı müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

“Bu günə qədər mülki şəxslərə qarşı olan cinayətləri araşdırırıq. Fevralın 24-dən başlayan müharibədə 2345 nəfər həyatını itirib. İtkilərin 92 faizi Ukraynanın nəzarətində olan bölgələrdə baş verib. Baş vermiş itkilərə səbəb Rusiyanın mülki əhalisinin sıx yaşadığı yerləri  bombardman etməsidir. Buça qəsəbəsindəki insanlar heç bir məhkəmənin qərarı olmadan, sorğusuz- sualsız qətlə yetiriblər. Bizim tərəfimizdən Buçada qətlə yetirilən 50 nəfərlə bağlı fakt sənədləşdirilib. Müharibənin gedişi zamanı qadınlara qarşı cinsi təcavüz baş verib. Bu barədə BMT-yə 155 müraciət daxil olub. Onlardan 75-i araşdırıldıqdan sonra öz təsdiqini  tapıb. Ukrayna tərəfi bəzi qanunsuzluqlara yol verib. Onlar bəzi yerlərdə qadağan olunmuş silahlardan istifadə ediblər”,-deyə BMT nümayəndəsi bildirib.

//Editor.az