BMT-dən Rusiyaya rədd cavabıbackend

BMT-dən Rusiyaya rədd cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Şimal axını” təbii qaz boru kəmərlərinin təxribatının müstəqil araşdırma komissiyası tərəfindən araşdırılmasını tələb edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) keçməyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın tələbi ilə BMT TŞ-də səsverməyə çıxarılan qətnamə layihəsi 3 “hə”, (Rusiya, Braziliya və Çin) 12 “bitərəf” səsi ilə rədd edilib. Qəbul edilməsi üçün BMT TŞ-nin 15 üzvünün 9 “hə” səsini toplamalı olan qanun layihəsi BMT Baş Katibindən “beynəlxalq ixtisaslı müstəqil istintaq komissiyası” yaratmağı  və təhqiqatın təxribatı hərtərəfli şəffaf, qərəzsiz şəkildə araşdırmasını tələb edirdi.

Onu da qeyd edək ki, təxribatın səbəbkarlarının, təşviqatçılarının, təşkilatçılarının və şəriklərinin üzə çıxarılması məqsədi daşıyan qanun layihəsində qərəzsiz və beynəlxalq səviyyədə tanınmış ekspertlərin təyin edilməsi tələb olunurdu. Qanun layihəsi BMT Baş katibinin nəticələri 30 gün ərzində bildirməsini tələb edirdi.

//Safura Bənnayeva, Editor.az