Birləşmiş Millətlər Təşkilatı Donetskdəki gərgin vəziyyətdən narahatlığını bir daha təkrarlayıb və münaqişə tərəflərini mülki şəxsləri, mülki infrastrukturu qorumaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl etməyə çağırıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik mətbuat konfransında deyib.
“Donetskdə vəziyyət son dərəcə gərgindir… Təkcə son 24 saat ərzində uşaqlar da daxil olmaqla, onlarla mülki şəxs ölüb və ya yaralanıb”, – Düjarrik deyib. O, həmçinin bildirib ki, ən azı beş səhiyyə müəssisəsi Ukrayna qüvvələri tərəfindən bombalanıb və hücuma məruz qalan strukturlar arasında doğum şöbəsi də var.
//Gülnarə Abasova, Editor.az

