Dünyada milyardlarla insan “ekstremal istilik epidemiyası” ilə üzləşir.
Editor.az “RİA Novosti”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə bildirib. O bildirib ki, bu, görünməmiş isti bir həftə idi.
Quterreş xatırladıb ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik əvvəlcə 21 iyul bazar gününü tarixin ən isti günü elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə daha da yüksəlib. Bu üç gün bütün müşahidə tarixində temperatur rekordu qırıb.
BMT-nin baş katibi bildirib ki, həddindən artıq istilər epidemiyası səbəbindən planet “daha isti və hamı üçün daha təhlükəli” olur. Bununla belə, bazar ertəsindən başlayaraq Rusiyanın mərkəzi ərazilərinə soyuq hava kütlələri gəlməyə başlayacaq və bu, temperaturun 19-23°C-yə enməsinə səbəb olacaq. Bu barədə dünən Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
//Gülnarə Abasova, Editor.az

