BMT: Dünyada hər gün 1 milyard yemək israf edilirbackend

BMT: Dünyada hər gün 1 milyard yemək israf edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) 2022-ci ildə dünyada gündəlik 1 milyarddan çox yeməyin israf edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, UNEP “Beynəlxalq Sıfır Tullantı Günü” ilə bağlı Qida Tullantıları İndeksi 2024 Hesabatını dərc edib. Müvafiq olaraq, 2022-ci ildə 1,05 milyard tondan çox qida tullantıları istehsal olunub ki, bu da adambaşına 132 kiloqrama və bütün dünyada istehlak edilən qidanın hər 5-dən 1-nə bərabərdir. Təxminən 783 milyon insan aclıqla mübarizə aparır və dünya əhalisinin hər 3-dən 1-i qida çatışmazlığından əziyyət çəkirsə, 2022-ci ildə dünya üzrə gündə 1 milyarddan çox yemək israf edilib. Qida tullantıları illik istixana qazı emissiyalarının təxminən 10 faizini təşkil etdiyi halda, bu nisbət aviasiya sənayesinin təxminən 5 qatını təşkil edir. Tullantıların dəyəri təxminən 1 trilyon dollardır.

Hesabatda fikirlərinə yer verilən UNEP İcraçı Direktoru İnger Andersen, “Ərzaq israfı bütün dünyada belə davam edərsə, milyonlarla insan ac qalacaq”,- deyə bildirib. O, Qida israfının iqlimə və ətraf mühitə mənfi təsir etdiyini bildirib və ölkələri israfçılığın qarşısını almağa çağırıb.

//Gülnarə Abasova, Editor.az