Dünyada məcburi köçkün və qaçqınların sayı ilk dəfə olaraq 100 milyonu keçib.
Editor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, bütün dünyada məcburi köçkünlərin gəlmə səbəbləri müəyyən edilməlidir. Münaqişələrdən, zorakılıqlardan, insan hüquqlarının pozulmasından və edamlardan qaçan insanların sayının kəskin artmasına Ukraynadakı müharibə və digər ölümcül münaqişələr səbəb olub. Əfqanıstan, Burkina Faso, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriya kimi ölkələrdə baş verən münaqişələr səbəbindən 2021-ci ilin sonunda məcburi köçkünlərin sayı 90 milyona çatıb. Rusiyanın Ukraynada başlatdığı müharibə nəticəsində isə 8 milyon insan öz yurd-yuvalarından didərgin düşüb.
Qeyd edək ki, Suriya dünyanın ən çox qaçqın yaşadığı ölkə olaraq qalır. Dünyada ən çox məcburi köçkünə ev sahibliyi edən ölkələr isə Türkiyə, Kolumbiya və Uqandadır.
//Gülnarə Abasova, Editor.az

